Geri

FHN Cənub Regional Mərkəzində məşq keçirilmişdir

19 sentyabr 2012-ci il tarixində Cənub Regional Mərkəzində “Mərkəzin inzibati binasında ehtimal olunan yanğının söndürülməsi” mövzusunda məşq keçirilmişdir. 

Məşq üç hissədən ibarət olmuşdur.

Birinci mərhələdə şərti olaraq Mərkəzin inzibati ərazisində yerləşən qazanxana yaxınlığında baş vermiş yanğın hadisəsi barədə Mərkəzin rəhbər heyətinə, müvafiq qurumların dispetçer xidmətlərinə məlumat verilmiş, Mərkəzin şəxsi heyətinə, eləcə də ştatdankənar yanğınsöndürmə komandasına “HƏYƏCAN” siqnalı elan edilərək birgə fəaliyyət təşkil edilmiş, yanğının qarşısını almaq məqsədilə Mərkəzin növbətçi hissəsi və ştatdankənar yanğınsöndürmə komandası hazırlıq səviyyəsinə gətirilmişdir.

İkinci mərhələdə şərti olaraq Mərkəzin inzibati binasının təsərrüfat anbarında baş vermiş yanğın hadisəsinin qarşısını almaq məqsədilə həyətyanı sahədə mövcud olan su mənbələrinin istifadəyə hazırlanması, yanğının baş verdiyi sahənin çəpərlənməsi, mövcud vasitələrdən istifadə etməklə yanğının əraziyə yayılmasının qarşısının alınması, söndürülməsi, texnika və əmlakın təxliyyəsi istiqamətlərində zəruri tədbirlər görülmüşdür.

Üçüncü mərhələdə şərti olaraq Mərkəzin inzibati binasında yerləşən Xüsusi Xilasetmə Hissəsinin növbədə olan şəxsi heyətinin istifadəsinə verilmiş yataqxanada baş vermiş yanğın hadisəsinin qarşısını almaq məqsədilə binanın elektrik və qaz sistemi ümumi xətdən ayrılmış, elektrik və qaz təchizatının məhdulaşdırılması məqsədilə müvafiq qurumların dispetçer xidmətləri məlumatlandırılmış, şəxsi heyətin, eləcə də inzibati binada mövcud olan xidməti sənədlərin təxliyyəsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin görülməsi zamanı idarəetmənin təşkili, Cənub Regional Mərkəzinin zabit heyətinin və mülki işçilərinin döyüş hazırlığının və peşə qabiliyyətlərinin yoxlanılması, bilik və bacarıqlarının artırılması, baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanmasından ibarət olan məşqə Mərkəzin bütün şəxsi heyəti, eləcə də 1 ədəd “Mercedes-Benz Sprinter” markalı xüsusi xilasetmə avtomobili cəlb olunmuşdur.

Yekunda Mərkəzin struktur bölmələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu