Geri

FHN Cənub Regional Mərkəzində “Fövqəladə hallara çevik reaksiyavermə” üzrə məşq keçirilmişdir

6 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Fövqəladə hallara çevik reaksiyavermə” mövzusunda məşq keçirilmişdir.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin təşkili, Cənub Regional Mərkəzinin zabit heyətinin və mülki işçilərinin bilik və bacarıqlarının artırılması, baş vermiş fövqəladə hadisə zamanı düzgün davranış qaydalarını aşılanmasından ibarət olmuşdur. Məşqə Mərkəzin bütün şəxsi heyəti, eləcə də 1 ədəd “Mercedes Sprinter” markalı xüsusi xilasetmə avtomobili, 2 ədəd “Chevrolet-Niva” avtomobili və 1 ədəd “MACK” yük avtomobili cəlb olunmuşdur.

Məşqin yekunlarına əsasən Mərkəzin struktur bölmələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu