Geri

FHN Bakı Regional Mərkəzində qərargah məşqi keçirilmişdir

Avqustun 14-15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmə orqanlarının fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir. Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı Mərkəzin əməkdaşlarının qüvvə və vasitələrin idarəetmə imkanlarının artırılması olmuşdur.

Qərargah məşqi zamanı Bakı şəhəri, Xətai rayonu ərazisində fərz olunan 5 fövqəladə hal modelləşdirilmiş və bu hallarla mübarizə məsələləri müzakirə edilmişdir.

Məşq iki mərhələ üzrə keçirilmişdir.

Birinci mərhələ zamanı mərkəzin struktur bölmələrinin xəbərdar edilməsi, “Həyəcan” siqnalının verilməsi, “Yüksək” hazırlıq və “Fövqəladə” rejim dərəcəsinə gətirilmə, fövqəladə hal rayonuna çıxma barədə qərarın qəbul edilməsi, fövqəladə hal rayonuna çıxışın həyata keçirilməsi, əməliyyat tapşırığının təhlili və vəziyyətin qiymətləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarın qəbul edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə fəaliyyətlərin əlaqələndirilməsi həyata keçirilmişdir.

İkinci mərhələ fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin, həmçinin, əməliyyata cəlb olunan qurumlarla qarşılıqlı əlaqənin təşkili və həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin başa çatması ilə əlaqədar növbətçi əməliyyat qrupunun müəyyənləşdirilməsi, şəxsi heyət, texnika, avadanlıq və əmlakın yoxlanılması, mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətləri özündə əks etdirmişdir.

Qərargah məşqi uğurla həyata keçirilərək əsas məqsədə nail olunmuşdur.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu