Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

5 iyul 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Ucar rayon icra hakimiyyətinin akt zalında növbəti maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə rayon idarə və təşkilat rəhbərləri, şəhər və kənd bələdiyyə sədrləri, icra nümayəndələri iştirak etmişlər.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə halların növləri, onlardan qorunma qaydaları barədə məlumat verilmişdir.
 “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusu haqqında çıxış dinlənildikdən sonra FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin çimərlikdə təhlükəsizlik və davranış qaydaları, fövqəladə hallarda ümumi davranış qaydalarına aid hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanıldı. Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, Dövlət Sularda Xilasetmə Xidmətinin gündəlik işinin təşkili ilə bağlı videoçarx nümayiş olundu.

Sonda “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?” mövzusunda əlavə məlumatlar verilmiş, iştirakçıları maraqlandıran bir çox suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust 2019-cu il tarixində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsi 7 saylı, L.T.İbrahimov küçəsi 4 saylı, 20 Yanvar küçəsi 1, 2 və 4A saylı binaların sakinləri, həmçinin Sabirabad rayon Quruzma kənd sakinləri üçün, Cənub regional Dövlət Yanğın Nəzarəti......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu