Geri

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində istehsalat təcrübəsi keçmişlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları 25 iyul 2012-ci il tarixindən 7 avqust 2012-ci il tarixindək Bakı Regional Mərkəzində (BRM) istehsalat təcrübəsi keçmişlər.

İstehsalat təcrübəsinin keçirilməsində əsas məəqsəd kursantlara öz ixtisasları üzrə bilik, bacarıq və vərdişlərin aşılanmasından ibarət olmuşdur.

İlk olaraq kursantlara BRM-in fəaliyyəti, strukturu, gündəlik iş rejimi və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verilmişdir.

Nəzəri hazırlıqlarla yanaşı, kursantlar praktik səviyyədə BRM-in xüsusi xilasetmə xidmətinin fəaliyyəti, texnika, əmlak və avadanlıqları ilə tanış olmuş, eyni zamanda, kursantlara xilasetmə xidmətinin əməkdaşları müxtəlif xilasetmə alətləri və cihazları, sel və daşqınlar zamanı istifadə olunan pompa, su nasosları, bina və digər tikililərin uçması nəticəsində təhlükə altında qalmış insanların xilas edilməsi üçün istifadə olunan alpinist avadanlıqlarını, kəsici alətlər, motomişarlar, motolaqundajar, axtarış-xilasetmə kamerası, güclü işiqlandırıcı qurğular və digər ən müasir texnika nümunələrini nümayiş etdirmiş, onlarm funksional təyinatları və spesifıkasına aid ətraflı məlumatlar vermişlər.

İstehsalat təcrübəsinin yekun toplanışda kursantların qazandıqları təcrübənin gələcək fəaliyyətlərindəki əhəmiyyətindən bəhs edilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu