Geri

19 iyul 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.

19 iyul 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilmişdir.

Qərargah məşqi iki mərhələdən ibarət olmuşdur.

Birinci mərhələdə baş vermiş fövqəladə hadisə ilə bağlı şəxsi heyət xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil edilmiş, yaranmış vəziyyət qiymətləndirilmiş, müvafiq hesabatlar və görüləcək işlər barədə təkliflər hazırlanmış, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilmişdir.

İkinci mərhələdə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı Cənub Regional Mərkəzində idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin həyata keçirilməsi, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilmişdir.

Qərargah məşqinin keçirilmısində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin təşkili, Cənub Regional Mərkəzinin zabit heyətinin və mülki işçilərinin bilik və bacarıqlarının artırılması, baş vermiş fövqəladə hadisə zamanı düzgün davranış qaydalarını aşılanmasından ibarət olmuşdur. Qərargah məşqinə Mərkəzin bütün şəxsi heyəti cəlb olunmuşdur.

Yekunda Mərkəzin struktur bölmələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu