Geri

Yay mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirləri diqqət mərkəzindədir

Yay mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinə diqqəti artıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə respublikanın bölgələrində mütəmadi olaraq görüşlər keçirir.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Elmar Hüseynovun respublikamızın bölgələrində fermer təsərrüfatlarında, meşə və meşə zolaqlarında kənd təsərrüfatı zəhmətkeşləri, Meşə mühafizəsi və bərpası müəssisələrinin işçiləri ilə keçirdiyi görüşlərdə məqsəd yay mövsümündə yanğın təhlükəsizliyi ilə əlaqədar həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələri müzakirə etmək və onların icra səviyyəsini yüksəltməkdən ibarət olmuşdur.

Fermer təsərrüfatlarındakı görüşlərdə dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə siqaret çəkən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikalar istismar olunarkən texniki istismar qaydalarının pozulması, qığılcımsöndürən qurğuların nasazlığı, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasının və s. yanğınlara səbəb olduğu qeyd edilmiş və bildirilmişdir ki, mövsüm ərzində yanğınların sayının minimuma enməsi üçün təsərrüfat rəhbərləri, təsərrüfatlarda yanğın təhlükəsizliyinə məsul şəxslər, taxıl yığımında, ot biçinində iştirak edən hər bir kənd təsərrüfatı işçisi yanğın təhlükəsizliyi ilə bağlı öz üzərinə düşən vəzifələrə daha ciddi münasibət bəsləməli, bütün qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilməli, yanğına qarşı səmərəli təbliğat işi aparılmalı, taxıl mövsümü ərəfəsində bütün texnikalar yanğın-texniki müayinədən keçirilməli, onlar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, yanğın törədə biləcək hər bir fakta və onların vaxtında aradan qaldırılmasına ciddi və prinsipial münasibət göstərilməlidir.

Görüşlərdə, həmçinin, meşələrin yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi üçün bütün zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu