Geri

FHN Akademiyasında Heydər Əliyev məktəbinin lektoriyası təşkil olunmuşdur

27 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Heydər Əliyev məktəbinin lektoriyasının təşkili ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, xalqımızın rifahı naminə müstəsna xidmətlərindən danışılmış, Heydər Əliyev məktəbinin lektoriyasının təşkili barəsində çıxışlar edilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışmış, ümummilli liderin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli inkişaf yolunda olduğunu bildirmişdir.

Sonda tədbir iştirakçıları Akademiyada təşkil olunmuş guşədə ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkillər, kitablar və digər materiallarla tanış olmuşlar.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 21 fevral 2020-ci il tarixində Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər rayon Xoruzlu kəndində yerləşən “Vəkiloğlu” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Aran ...

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu