Geri

FHN Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə 28 fevral 2012-ci il tarixində əhalini, tələbələrin fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə Bakı Slavyan Universitetində “Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılmasında ictimaiyyətin rolu” mövzusunda elmi-praktik konfrans keçirmişdir.

Konfransın işində Bakı şəhəri ali məktəblərinin Tələbə elmi cəmiyyətlərinin fəalları, ali məktəblərin iş istiqaməti həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan kafedra və fakültələrinin müəllim, professor heyəti, gənc müəllim və aspirantlar iştirak etmişlər.

Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyini göstərən və burada iştirak edən hər kəsə minnətdarlığını bildirmişdir. İttifaq olaraq prioritet istiqamətlərindən birinin tələbələrin maariflənməsi olduğunu qeyd edən natiq, fövqəladə halların hər an başımıza gələ biləcək və öyrənilməsi vacib olan məsələlərdən biri olduğunu vurğulamışdır. O, ATGTİ-nin 39 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatları ilə təmsil olunduğunu və davam edən bu ənənənin digər ali təhsil müəssisələrində də tətbiq olunacağını qeyd etmişdir.

Konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur qurumları barədə sənədli film nümayiş etdirilmişdir.

Qeyd etmək lazımdır ki, konfrans ictimai rezonansa və tələbə-gənclər arasında böyük marağa səbəb olmuşdur. Belə ki, konfransda 11 Universitet, 2 Kollec, 2 İnstitut, 1 Akademiya və FHN və onun qurumlarından 350-dən çox şəxs iştirak etmişdir.

Konfransdan əvvəl tədbir iştirakçıları üçün 2010-cu ilin dekabr ayında keçirilmiş “Həyatının təhlükəsizliyi sənin öz əlindədir!” sosial reklam müsabiqəsinin “Sosial foto” nominasiyasında qalib gəlmiş işlərdən ibarət foto-ekspozisiya təşkil edilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu