Geri

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları nəzəri-praktik tədbir keçirmişlər

28 fevral 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam rayonu Soltanbud kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktiki təlim keçirilmişdir.

Tədbirdə Regional Mərkəzin əməkdaşları, Ağdam Regional Mülki Müdafiə Şöbəsinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Ağdam rayon Təcili Tibbi Yardım Stansiyasının, rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər. Görüşdə müxtəlif fövqəladə hallar barədə məlumat verilmiş, xüsusilə yanğından mühafizə mövzusundan geniş bəhs edilmişdir. Sonda yanğın zamanı davranış qaydaları praktiki olaraq nümayış etdirilmiş, məktəb binasında baş vermiş şərti yanğın söndürülmüş, təhlükədə qalmış şagirdlər binanın 2-ci mərtəbəsindən xilasedicilər tərəfindən təxliyyə edilmişlər. Sonda Mərkəzin texniki avadanlıqları tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu