Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 fevral 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Cəlilabad rayonunun Hamarqışlaq kənd tam orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Cəlilabad rayonunun Hamarqışlaq kənd tam orta məktəbinin müəllim və şagird heyəti, Cəlilabad rayon təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə Mərkəz əməkdaşları “Təbii mənşəli fövqəladə halların növləri, yaranma səbəbləri, fəsadları və onlardan qorunmaq tədbirləri”, “Yanğın və onun baş vermə amilləri”, “Fövqəladə hal baş verdikdə yardım etməyi bacarın” və “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar etmişlər.

Tədbirdə Mərkəzin fəaliyyəti ilə bağlı video, foto slaydlar nümayiş etdirilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən təhsil müəssisələrinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş və yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları barədə təhsil müəssisələrinin rəhbərliyinə ətraflı məlumat verilmişdir.

Sonda “Su hövəzlərində təhlükəsizlik tədbirlərinə hamı əməl etməlidir” və “Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli” mövzularında hazırlanmış kitabçalar tədbir iştirakçılarına paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu