Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi ilə birgə 23 fevral 2012-ci il tarixində Zaqatala Rayon İcra Hakimiyyətinin akt zalında “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN əməkdaşları Şimal-qərb Regional Mərkəzi haqqında ətraflı məlumat vermiş, eləcə də bildirmişlər ki, yanğınlar fövqəladə hallar arasında insanların daha tez-tez rastlaşdığı hadisələrdəndir. Tədbirdə daha sonra qeyd edilmişdir ki, otellər və istirahət mərkəzləri gün ərzində insanların sıx olduğu yerlər olduğundan buradakı personalın istər yanğınlar, istərsə də baş verə biləcək digər fövqəladə hallarla bağlı məlumatlı olması böyük əhəmiyyət kəsb edir.

Tədbirdə “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğına qarşı profilaktika tədbirləri”, “Fövqəladə hal və mülki müdafiə nədir”, “Fövqəladə hadisə zamanı panika və onun səbəbləri”, “Fövqəladə hal yarandıqda özünü necə aparmağı əvvəlcədən bilməlisiniz”, “Baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğat işinin rolu” mövzularda çıxışlar olmuş, eləcə də Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun struktur qurumları haqqında sənədli film nümayiş etdirilmişdir.

Tədbirin praktiki hissəsi otelin binasında şərti yanğın hadisəsinin baş verməsi xəbəri ilə başlamışdır. Dərhal hadisə yerinə Mərkəzin Xüsusi Xilasetmə hissəsinin, Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, texnikaları və Təcili Tibbi Yardım stansiyasının əməkdaşları cəlb olunmuşdur. Şərti yanğın zamanı Xüsusi Xilasetmə hissəsinin xilasediciləri tərəfindən binadan insanlar təxliyyə olunmuş, binanın yuxarı mərtəbələrində çıxılmaz vəziyyətdə qalmış insanlar pəncərələrdən xüsusi avadanlıqlar vasitəsilə endirilmiş, yaralılara ilkin tibbi yardım göstərilərək təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilmiş və yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür.

Tədbirdə Rayon İcra Hakimiyyəti əməkdaşları, idarə və müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən iri iaşə obyekt sahibləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu