Geri

FHN Qarabağ Regional Mərkəzi elmi-praktik konfrans keçirmişdir

24 fevral 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin akt zalında “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin başlanmasına həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin məqsədi barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsasları, vətənpərvərlik ruhunu aşılamaq və fövqəladə hal problemlərinin öyrədilməsidir.

Konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqaməti haqqında qısametrajlı film nümayiş etdirilmişdir.

Sonda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin keçirilmə şərtləri iştirakçılara izah olunmuş və dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Konfransda regional mərkəzin əhatə etdiyi rayonların təhsil şöbələrinin metodistləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu