Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 fevral 2012-ci il tarixində Bərdə rayon Mərkəzi Xəstəxanasında rayonun tibb işçiləri üçün “Fövqəladə hallar zamanı insanların fəaliyyəti” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə “Kütləvi qırğın silahları”, “Qeyri-standart elektrik, qaz və maye qızdırıcı sobalarından istifadə zamanı bədbəxt hadisələrin qarşısının alınması”, “Fövqəladə halların təsnifatı”, “101”, “112” zəng mərkəzləri ilə əlaqə saxlama qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda FHN-in əməkdaşları tibb işçilərinə yanğın zamanı odsöndürən balondan istifadə qaydalarını praktiki olaraq nümayiş etdirmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu