Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbirini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 fevral 2012-ci il tarixində Lənkəran rayonunun Qumbaşı kənd və V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəblərində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir!” mövzusunda maarifləndirmə tədbirləri keçirmişdir.

Təbliğat xarakterli tədbirlərdə Lənkəran şəhər təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird kollektivi və valideynlər iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd əhalini təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə insanların bu sahədə biliklərini daha da artırmaq, eləcə də məişətdə, təhsil müəssisələrində elektrik və qaz cihazlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələridir.

Tədbir zamanı, zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, zəlzələ zamanı yaşayış binalarında hansı divarların daha az dayanaqlığa malik olması barədə Mərkəz əməkdaşları tərəfindən ətraflı məlumatlar verilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən təhsil müəssisələrinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş və yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları barədə təhsil müəssisələrinin rəhbərliyinə ətraflı məlumat verilmişdir.

Tədbirlərdə, həmçinin, “Hansı hallarda FHN-in 112 qaynar xətti ilə əlaqə saxlamaq lazımdır”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış kitabça və bukletlər tədbir iştirakçılarına paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video, foto slaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bilgah Beach Hotel”də “Mehmanxanalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu