Geri

Təhsil müəssisələrində nəzəri–praktik tədbirlər davam etdirilir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi 30 noyabr 2012-ci il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda Mingəçevir şəhər 18 saylı orta məktəbdə şəhər ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd ehtimal olunan fövqəladə hadisələr zamanı ilkin davranış qaydalarının aşılanmasından ibarət olmuşdur.

Tədbir zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı  “Fövqəladə hallar zamanı İcra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti”, FHN-in, o cümlədən Aran Regional Mərkəzinin əməkdaşları “Fövqəladə halların təsnifatı və fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Yanğın-partlayış hadisəsi zamanı nə etməli?”, “Su hövzələrində təhlükəsizlik qaydaları”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar etmişdir.

Çıxışlardan sonra “Gənc xilasedici və yanğınsöndürən” zona yarışlarının qalibi Mingəçevir şəhər 11 saylı orta məktəbin komandasının hazırladığı səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirin nəzəri hissəsindən sonra məktəbin həyətində təşkil edilmiş praktik məşğələlər müəllim və şagird heyətinə nümayiş olunmuşdur. Mərkəzin xüsusi xilasetmə dəstəsi praktik olaraq yanğın zamanı yaralının təxliyyə olunmasını tədbir iştirakçılarına göstərmişdir. Həmçinin, Mərkəzin “Nissan Patrul” xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu alət və avadanlıqlar, yanğınsöndürmə texnikası və onun çalışma mexanizmi, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və üzmə vasitələri, Mingəçevir şəhər Təcili təxirəsalınmaz tibbi yardım məntəqəsinin tibbi yardım maşını nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu

FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN-in İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə 16-17 noyabr 2017-cı il tarixlərində nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu