Geri

Yanğınlarla mübarizə mövzusuna həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi noyabrın 29-da Səbail Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirmişdir.

RİH-nin aidiyyəti əməkdaşlarının, müvafiq rayon idarə və təşkilatlarının, təhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi müşavirədə çıxış edən Səbail RİHB-nın müavini Yavər Allahverdiyev və Bakı Regional Mərkəzi rəisinin müavini tibb xidməti polkovniki Cəfər Məmmədov yanğın-partlayış hadisələrindən və dəm qazından zəhərlənmə hallarından bəhs etmiş, belə hallarla mübarizədə əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulamışlar.

Müşavirədə “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında mühazirələr tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Müşavirə zamanı FHN haqqında və yanğın təhlükəsizliyi ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

Digər məlumatlar

“Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

ATƏT-in Düşənbədəki ofisinin və Tacikistan Respublikasının Energetikia və Su Ehtiyatları Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 20 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu