Geri

FHN Qarabağ Regional Mərkəzi Füzuli rayonunda maarifləndirmə tədbiri keçirmişdir

27 noyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Füzuli rayonu Kərimbəyli kənd Uşaq baxçasında ”Fövqəladə hallar zamanı uşaqların davranış qaydaları. Bayılmalar zamanı ilk tibbi yardımın göstərilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Əməkdaşlar tədbir iştirakçıları üçün Fövqəladə Hallar Nazirliyi və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə söhbət açmış, onlara “Fövqəladə hallar zamanı azyaşlıların təxliyyəsi”, “Fövqəladə hallar zamanı uşaqların davranış qaydaları” və “Bayılmalar zamanı ilk tibbi yardımın göstərilməsi” mövzularında məruzələr etmişlər. Əməkdaşlar, həmçinin, ətraf mühitin kimyəvi maddələrlə və zəhərli qazlarla çirklənməsi zamanı əlaltı vasitələrdən istifadə etməklə tənəffüs üzvlərinin mühafizəsi qaydalarını əyani nümayiş etdirmiş, şərti olaraq bayılmış uşağa tibbi yardım göstərmişlər. Maarifləndirmə tədbirində, həmçinin, fövqəladə halları və bu hadisələr baş verərkən zədələnmələr zamanı ilkin tibbi yardımın göstərilmə qaydalarını əks etdirən rəsm və plakatlar iştirakçılara nümayiş etdirilmişdir. Tədbir iştirakçılarını maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.

Sonda kollektivin rəhbərliyi görüşün zəruriliyini vurğulamış, belə tədbirlərin düşmənlə təmas xəttində yerləşən müəssisələrdə keçirilməsi təşəbbüsünü alqışladıqlarını bildirmişdir. Toplantıda bu zonalarda keçirilən maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıması fikri dəstəklənmişdir. 

Maarifləndirmə tədbirində baxça kollektivi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və valideynlər iştirak etmişlər.

 

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu