Geri

Sahil nəzarəti məntəqəsində yanğından mühafizə üzrə təlim-kurs keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi arasında imzalanmış qarşılıqlı fəaliyyət planına əsasən noyabr ayının 15-də Sahil Mühafizəsinin şəxsi heyəti ilə Novxanı Sahil nəzarəti məntəqəsində yanğından mühafizə üzrə təlim-kurs keçirilmişdir.

Təlim-kurs Novxanı Sahil nəzarəti məntəqəsində yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinin vəziyyəti ilə tanışlıqla başlamış və müvafiq tövsiyə və təlimatlar verilmişdir.

Təlim nöqtələrinə baxış keçirildikdən sonra cəlb olunan şəxsi heyətin ümumi düzülüşü və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması həyata keçirilmiş və təlimin başlanması barədə siqnal verilmişdir.

Əvvəlcə, elektrik xətlərindəki qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məntəqə rəisinə məruzə olunmuşdur. Məruzədən sonra məntəqə rəisinin əmrinə əsasən “101” və “112” xidmətlərinə məlumat verilmiş, xidməti sənədlərin təxliyyəsinə başlanılmışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları hadisə yerinə gələnə qədər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları yanğının məhdudlaşdırılması və söndürülməsi üzrə fəaliyyətə başlamış, DYMX-nin Sumqayıt Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının hadisə yerinə gəlməsi ilə yanğının tam söndürülməsi üzrə fəaliyyət yerinə yetirilmişdir.

Yanğının söndürülməsi ilə yanaşı, FHN Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin xilasediciləri tərəfindən yanğından zərər çəkmiş şəxs hadisə yerindən çıxarılmış, ona FHN Tibb Xidməti Tibb mərkəzinin əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilmiş və aidiyyəti üzrə tibb müəssisəsinə təxliyyə edilmişdir.

Hadisə rayonunda açılmış əməliyyat qərargahının növbətçisi tərəfindən Regional Mərkəz rəisinə mütəmadi olaraq əməliyat şəraiti barədə məruzələr edilmişdir.

Yanğının tam söndürülməsi ilə təlim-kursa yekun vurulmuşdur.

Sonda təlim-kursun ümumi təhlili aparılmışdır.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu