Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti Yasamal rayonu 60 saylı orta məktəbdə tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektoru “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 31 oktyabr 2012-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu 60 saylı orta məktəbdə tədbir keçirmişdir.

Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Fövqəladə hallar zamanı və partlayıcı maddələr (şübhəli elementlər) aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda məktəbin pedaqoji kollektivinə müvafiq tövsiyələr verilmişdir.

Tədbirdə fövqəladə hallar zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” xidməti ilə əlaqə, xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilmişdir.

Tədbirin sonunda Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar müəllim və şagirdlərin böyük marağına səbəb olmuşdur.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

19 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 oktyabr 2017-ci il tarixində Xızı rayonu Yeni Yaşma Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu