Geri

Binəqədi Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 31 oktyabr 2012-ci il tarixində Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.

Müşavirədə Mərkəzin əməkdaşları ilə yanaşı, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Binəqədi rayon Qaz İstismar Sahəsinin Enerji Təchizatı və Satışı İdarəsinin və Təcili və təxirəsalınmaz yardım stansiyasının nümayəndələri “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” ,“Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Yanğın zamanı ilkin tibbi yardım” mövzusunda çıxışlar etmişlər.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi ilə bağlı videomaterial da nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməyi ilə təqdim olunmuşdur.

Keçirilən müşavirə iştirakçılar tərəfindən böyük razılıq və maraqla qarşılanmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 14 avqust 2018-ci il tarixində Beyləqan şəhər 2 nömrəli Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu