Geri

“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən oktyabr ayının 24-də növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Ağstafa rayon A.Abdullayev adına 2 saylı və 1 saylı Dağ Kəsəmən kənd orta məktəbləri üçün “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda baş tutmuşdur.

Təbliğat xarakterlı tədbirdə Ağstafa rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi iştirak etmişdir. 

Tədbirin keçirilməsində əsas məqsəd əhalini zəlzələ zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə bu sahədə biliklərini daha da artırmaq, eləcə də sel və daşqınlar zamanı davranış qaydalarını izah etmək olmuşdur.

Tədbir zamanı zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, zəlzələ zamanı yaşayış evlərində hansı divarların daha az dayanıqlığa malik olması, zəlzələdən dərhal sonra hansı qaynar xətlə əlaqə saxlanılması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə Mərkəz əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Sel və daşqınlar zamanı davranış qaydaları” mövzularında hazırlanmış bukletlər paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar göstərilmiş və göstərilən materiallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu