Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktik tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi oktyabr ayının 23-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda növbəti nəzəri-praktik tədbir keçirmişdir. Tədbirin keçirilməsində məqsəd müəllim-şagird heyətinə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarının aşılanmasından ibarət olmuşdur.

Tədbirin keçirilməsində Bakı Regional Mərkəzi tərəfindən dəvət edilmiş FHN Dövlət Yanğın Nəzarət, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak etmişlər.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, Dövlət Yanğın  Nəzarəti Xidmətinin əməkdaşı “Yanğın təhlükəsizliyi qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumat vermişlər.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, qurumları barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Daha sonra tədbir iştirakçılarına zəlzələ mövzusunda şagirdlərin hazırladıqları  səhnəcik nümayiş etdirilmişdir. Bu tamaşada dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.

Tədbirin gedişində məktəbin ibtidai sinif şagirdlərinin fövqəladə hallarla və FHN-lə bağlı səsləndirdikləri şeirlər alqışlarla qarşılanmışdır.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir. Mərkəzin “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanqı, xilasetmə və üzmə vasitələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtomobili və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, motosikl, Tibb Xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən isə maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Praktik məşğələ Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

 

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 iyun 2018-ci il tarixində Abşeron rayon Qobu Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Avropa çempionatında bürünc medal qazanmışdır

14-18 iyun 2018-ci il tarixlərində Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Neftçala rayonu Xolqaraqaşlı kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu