Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 oktyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Göyçay rayon 3 №-li tam orta məktəbində “Əhalinin fövqəladə hallarda davranış qaydaları” və “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbir məktəbin həyətində Mərkəzin xilasetmə hissəsinin qəza-xilasetmə nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqlarının nümayiş olunması ilə başlanmışdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, Aran Regional Mərkəzinin fəaliyyəti barədə məlumatlar və fövqəladə hadisələr zamanı və partlayıcı maddələr (şübhəli əşyalar) aşkar olunduqda davranış qaydaları, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçılarına məlumatlar verilmiş, “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır?”, fövqəladə hallar zamanı ərazi idarəetmə orqanlarının fəaliyyəti barəsində çıxışlar dinlənilmişdir.

Sonda fövqəladə hallarda ümumi davranış qaydalarına, yanğın təhlükəsizliyinə aid hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanılmış və bukletlər üzərində müzakirələr aparılmışdır. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuş, görüş iştirakçılarını maraqlandıran bir çox suallara məruzəçilər tərəfindən ətraflı cavablar verilmişdir. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 2-13 sentyabr 2019-cu il tarixlərində rayon ümumtəhsil orta məktələrinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 sentyabr 2019-cu il tarixində Mingəçevir şəhər Mərkəzi kitabxanada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu