Geri

FHN Sumqayıt Regional Mərkəzi praktiki məşğələ keçirmişdir

17 oktyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda praktiki məşğələ keçirmişdir.

Tədbirdə Regional Mərkəzin və FHN-in yerli qurumlarının nümayəndələri, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Praktiki məşğələ “Həyəcan!” siqnalının verilməsi ilə başlanmış, məktəbin müəllim və şagirdləri təxliyyə olunmuşdur. Təxliyyə olunan anda şərti xilasetmə əməliyyatına başlanılmışdır. Əvvəlcə, “112” qaynar telefon xəttinə məlumat verilərək məktəbdə baş vermiş qəza nəticəsində şagirdlərin məktəbin 2 və 3-cü mərtəbələrində köməksiz vəziyyətdə qalması bildirilmişdir. Zərərçəkmişlərin çıxarılması üçün hadisə yerinə FHN Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 2 ədəd “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobili, 2 ədəd “BMW 650 GS” markalı motosikleti və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 1 ədəd “MAN TLF 90-50" markalı yanğınsöndürmə avtomobili tam heyəti ilə gəlmişdir. Şərti əməliyyata başlayan xilasedicilər xüsusi alpinist kəndirindən istifadə edərək məktəbin damından 3-cü mərtəbəyə enmiş və orada qalan 2 zərərçəkmişi xilas etmişlər. Daha sonra xilasedicilər 2-ci mərtəbədə köməksiz vəziyyətdə qalan şagirdi xilas etmiş və zərərçəkmişlərə Mərkəzin həkimi tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Sonra yanğınsöndürənlər şərti yanğınsöndürmə əməliyyatını nümayiş etdirmişlər.

Praktiki məşğələnin sonunda FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məktəblilərə məlumat verilmişdir. Sonda məktəbliləri maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

19 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 oktyabr 2017-ci il tarixində Xızı rayonu Yeni Yaşma Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir. ...

Ardını oxu