Geri

Orta məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir

Cənub Regional Mərkəzi 18-26 yanvar 2012-ci il tarixlərində əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə Cəlilabad rayonunun Ocaqlı kənd 1 və 2 saylı, Masallı rayonunun Seybətin və İskəndərli kənd tam orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzularında maarifləndirmə tədbirləri keçirmişdir.

Təbliğat xarakterli tədbirlərdə müvafiq rayon təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird kollektivi və valideynlər iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd əhalini təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaq, eləcə də məişətdə, təhsil müəssisələrində elektrik və qaz cihazlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələridir.

Tədbirlərdə Mərkəzin əməkdaşları “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Yanğın və onun yaranma səbəbləri, yanğına qarşı təhlükəsizlik tədbirləri”, “Zəlzələ zamanı təhlükəsizlik tədbirləri, terror hadisələrindən qorunmaq və “112” zəng mərkəzinə hansı hallarda müraciət etmək qaydaları” barədə çıxışlar edərək verilən sualları da cavablandırmışlar.

Sonra məktəblilərin fövqəladə hallar sahəsində intellektual səviyyəsini artırmaq məqsədilə şagirdlərdən ibarət 4 qrupa “Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır” mövzusunda suallar paylanılmış, 15 dəqiqə ərzində cavablandırılan suallar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məktəblərin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş və qısa bir zaman ərzində yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları barədə məktəblərin rəhbərliyinə ətraflı məlumat verilmişdir.

Tədbirlərdə, həmçinin, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirləri necə görməli”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış kitabça və bukletlər tədbir iştirakçılarına paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video, foto slaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu