Geri

Orta məktəbdə maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə 26 yanvar 2012-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu 286 saylı orta məktəbində “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri və praktik tədbir keçirmişdir.

Nəzəri hissə çərçivəsində FHN əməkdaşları müəllim və şagird heyətinə müxtəlif fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı çıxış və təqdimatlar etmişlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Daha sonra şagirdlərlə birlikdə dərs prosesində baş verən işgüzar oyun təşkil olunmuşdur.

Bundan başqa, “Mercedes BENZ Sprinter” xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələri, xüsusi olaraq əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 iyul tarixində 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu