Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

23 yanvar 2012-ci il tarixində Qəbələ rayonunda yerləşən “Qafqaz Riverside” otelində “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki tədbir keçirilmişdir.

Tədbirdə FHN əməkdaşları Şimal-qərb Regional Mərkəzi haqqında ətraflı məlumat vermiş, eləcə də bildirmişlər ki, yanğınlar fövqəladə halların içərisində insanların daha tez-tez rastlaşdığı hadisələrdəndir. Tədbirdə daha sonra qeyd edilmişdir ki, otellər və istirahət mərkəzləri gün ərzində insanların sıx olduğu yerlər olduğundan buradakı personalın istər yanğınlar, istərsə də baş verə biləcək digər fövqəladə hallarla bağlı məlumatlı olması böyük əhəmiyyət kəsb edir.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun qurumları haqqında sənədli film nümayiş etdirilmiş və “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğına qarşı profilaktika tədbirləri”, “Fövqəladə hadisə zamanı panika və onun səbəbləri”, “Fövqəladə hal yarandıqda özünü necə aparmağı əvvəlcədən bilməlisiniz”, “Fövqəladə hal və mülki müdafiə nədir”, “Xüsusi xilasetmə hissəsinin fəaliyyət istiqaməti və anonim zənglər”, “Baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğat işinin rolu”, “101” və “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında çıxışlar olmuşdur.

Tədbirin praktiki hissəsi otelin binasında şərti yanğın hadisəsinin baş verməsi xəbəri ilə başlamışdır. Dərhal hadisə yerinə Mərkəzin Xüsusi Xilasetmə hissəsinin, Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, texnikaları və Təcili Tibbi Yardım stansiyasının əməkdaşları cəlb olunmuşdur. Şərti yanğın zamanı Xüsusi Xilasetmə hissəsinin xilasediciləri tərəfindən binadan insanlar təxliyyə olunmuş, binanın yuxarı mərtəbələrində çıxılmaz vəziyyətdə qalmış insanlar pəncərələrdən xüsusi avadanlıqlar vasitəsilə endirilmiş, yaralılara ilkin tibbi yardım göstərilərək təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilmiş və yanğınsöndürənlər tərəfindən yanğın söndürülmüşdür.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli xəstəxanada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu