Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən 18 yanvar 2012-ci il tarixində Beyləqan rayonunda yerləşən Xocavənd rayon mədəniyyət evində payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin, icra nümayəndələri, mədəniyyət evinin işçiləri, həmçinin, orta məktəblərin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbirdə Qarabağ Regional Mərkəzinin strukturu, gördüyü işlər barədə geniş məlumat verilmiş, eləcə də “Fövqəladə halların təsnifatı”, “Qeyri-standart elektrik, qaz və maye qızdırıcı sobalarından istifadə zamanı bədbəxt hadisələrin qarşısının alınması”, “Fövqəladə hallar zamanı “101” və “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında çıxışlar olmuşdur.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 iyul tarixində 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu