Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir


13 yanvar 2012-ci il tarixində Qarabağ Regional Mərkəzi Ağdam rayonunda Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Qaradağlı kənd orta məktəbinin, o cümlədən ətraf kənd məktəblərinin müəllim və şagirdləri, kənd ziyalıları, Qaradağlı bələdiyyəsi və ərazi icra nümayəndələri iştirak etmişlər.

Tədbirdə Qarabağ Regional Mərkəzinin strukturu, gördüyü işlər barədə geniş məlumat verilmiş, eləcə də “Fövqəladə halların təsnifatı”, “Qeyri-standart elektrik, qaz və maye qızdırıcı sobalarından istifadə zamanı bədbəxt hadisələrin qarşısının alınması”, “Fövqəladə hallar zamanı “101” və “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında çıxışlar olmuşdur.

 

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu