Geri

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

13 yanvar 2012-ci il tarixində Muğan Regional Mərkəzi Salyan rayon İcra Hakimiyyətində əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması üzrə “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli” və “Fövqəladə hallarda özünü necə aparmalı” mövzularında maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə son vaxtlar respublikamızda baş vermiş yanğın hadisələri, dəm qazından boğulma halları zamanı həlak olanların, xəsarət alanların sayı, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların yaranma səbəbləri, nəticələrinin aradan qaldırılması və nazirliyin “112” zəng mərkəzi haqqında geniş məlumat verilmişdir.

Daha sonra həyata keçirilmiş xilasetmə əməliyyatlarından, fövqəladə hallar zamanı insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi və fövqəladə hadisə zamanı əhalinin təhlükəsiz yerlərə təxliyyə olunması mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Tədbirdə İcra Hakimiyyətinin əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə rəhbərləri və iri ictimai iaşə obyekt sahibləri iştirak etmişdir.

   

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda nəzəri-praktiki seminar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti  24  aprel 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun  texnoloji proseslərin tədqiqatı üzrə  24 nömrəli sahəsində "Neft emalı  müəssisələrinin laboratoriya və təcrübə qurğularında yanğın təhlükəsizliyi tədbirləri"  mövzusunda nəzəri-praktiki seminar keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində xarici diplomatlarla görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  24 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin  və Avropa İttifaqının Nümayəndəliyinin təmsilçiləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu