Geri

FHN yay çimərlik mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri Rayon İcra Hakimiyyətləri ilə birgə maarifləndirmə tədbirlərini davam etdirir

2011-ci il iyul ayının 6-da FHN Bakı Regional Mərkəzi Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul işçiləri, rayon təşkilatlarının, rayonun dənizkənarı ərazisində yerləşən çimərliklərdə fəaliyyət göstərən təşkilat və obyektlərin rəhbərləri iştirak etmişlər.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı ilə qüvvəyə minmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifələr, cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradılması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qarşıda duran məsələlər müzakirə edilmişdir.

Müşavirədə FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini-tibb xidməti polkovniki Cəfər Məmmədov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və onun struktur bölmələri”, Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatları çatdırmış və praktik tövsiyələr vermişlər. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Bakı Şəhər 11 saylı Təcili Tibi Yardım Stansiyasının baş həkimi Kamran Həsənli “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyev “Çimərliklərin yay mövsümünə hazır olmasının vəziyyət və çimərliklərdə görülən işlər” və Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Züleyxa Səmədova “Çimərlik dəniz suyunun təmizlik vəziyyəti” mövzusunda çıxış edərək dəniz suyunun vəziyyəti, bakterioloji çirklənməyə məruz qalan suyun insan üçün nə qədər təhlükəli olması və bu sahədə aparılmalı olan kompleks tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırmışlar. 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu