Geri

FHN Bakı Regional Mərkəzi “Yanğınla Müşaiyyət Olunan Fövqəladə Hallar Zamanı Hərəkət Qaydaları” mövzusunda məşq keçirmişdir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün Mərkəz daim öz fəaliyyətini təkmilləşdirir. Bunun üçün cəmiyyətin bütün zümrələri ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.

Bakı Regional Mərkəzinin iyun ayının 10-da “Maxmedia Reklam Agentliyi”ndə orada çalışan əməkdaşların yanğın təhlükəli vəziyyətlərdə tətbiq olunan təlimatlar üzrə biliklərinin, fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması işlərinə hazırlıq səviyyələrinin yoxlanılması, onlara fövqəladə hadisələr zamanı tez və dəqiq səmtlənmənin, yanğının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə düzgün qərarlar qəbul edilməsinin, insanların və maddi sərvətlərin təxliyyə üsul və qaydalarının, fövqəladə hadisələr zamanı yanğın - xilasetmə bölmələri və tibb heyətləri ilə qarşılıqlı fəaliyyət qaydalarının və Agentliyin rəhbərliyinə məşqin təşkili və keçirilməsi qaydalarının öyrədilməsi, əməkdaşların iş yerindən təxliyyə edilməsinin, eləcə də yanğınların söndürülməsinin səmərəli üsul və metodlarının, yanğınsöndürmə vasitələrindən istifadənin praktiki olaraq məşq etdirilməsi, Rəhbər heyətin fövqəladə hadisələr zamanı idarəetmə bacarığının təkmilləşdirilməsi, yanğınla müşaiyyət olunan fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə hazırlıqlarının və psixofizioloji durumlarının yüksək səviyyədə saxlanılması məqsədi ilə “Yanğınla Müşaiyyət Olunan Fövqəladə Hallar Zamanı Hərəkət Qaydaları” mövzusunda keçirdiyi məşq buna əyani misaldır.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov məşqin əhəmiyyətindən bəhs edərək “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları” mövzusunda çıxış etdi. Çıxışdan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət  istiqamətləri və onun struktur qurumları barədə sənədli film nümayiş etdirildi. Daha sonra Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fərid Əzizov “Fövqəladə halların təsnifatı”, Təşkilati səfərbərlik bölməsinin baş zabiti baş leytenant Toğrul Vəliyev “Təbii fövqəladə hallar zamanı nə etməli”, İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi mayor Elgün Ələkbərov “Yanğın-Partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, Radiasiya, bioloji və kimyəvi təhlükəsizlik sektorunun baş məsləhətçisi Pərvin Ələkbərova “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, Operativ məlumat şöbəsinin baş zabiti daxili xidmət leytenantı Orxan Bağırov isə “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış edərək məşq iştirakçılarını məlumatlandırdılar.

         Sonra yaradılmış təlim nöqtələri üzrə tədbir iştirakçılarına Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən fövqəladə hallar zamanı zərərçəkənləri xilas etmək üçün istifadə olunan müxtəlif alət və avadanlıqlar nümayiş etdirildi.

Bakı Regional Mərkəzinin dəvəti ilə gəlmiş Mülki müdafiə qoşunlarının əməkdaşları isə fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları, onların hansı şəraitdə istifadə olunması barədə geniş məlumat verdilər.

Bakı Regional Mərkəzinin uzun müddət məhsuldar əməkdaşlıq etdiyi Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının əməkdaşları tədbir iştirakçılarına mulyaj üzərində yaralılara ağır xəsarətlər, o cümlədən sınıqlar və  qanaxmalar zamanı ilkin tibbi yardımın həyata keçirilmə yollarını göstərdilər.

Bu nümayişlər zamanı Agentliyin əməkdaşlarını maraqlandıran məqamlar barədə suallar ətraflı şəkildə cavablandırılmışdır.

Daha sonra Zəlzələ, Bina uçqunu və Yanğın zamanı hərəkət qaydalarının daha dərindən mənimsənilməsi üçün şərti olaraq üç müxtəlif fövqəladə halın baş verməsi ilə bağlı praktik məşğələ keçirildi. Bu zaman məşq rəhbərinin verdiyi siqnala əsasən Agentliyin əməkdaşları zəlzələ və uçqun zamanı tələb olunan hərəkət qaydalarına uyğun fəaliyyət göstərərək, yanğın zamanı onun məhdudlaşdırılması istiqamətində tədbirlər görməklə, mütəşəkkil surətdə toplanma yerinə çıxmış, obyekt rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmiş və görülmüş işlər barədə məlumat vermişlər.

Məşq yekunlaşdıqdan sonra onun ümumi təhlilini aparılaraq, əməkdaşların fəaliyyətləri qiymətləndirilmiş, aşkar olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün lazımi göstəriş və tövsiyələr verilmişdir.

Bakı Regional Mərkəzinin maarifləndirmə tədbirləri davam edir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 avqust  2019-cu il tarixində Şamaxı rayon Mərkəzi Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu