Geri

Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri

2011-ci il may ayının 20-də Azərbaycan Respublikası Memarlıq və İnşaat  Universitetində  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Təhsil Nazirliyi ilə birgə Bakı şəhəri ali məktəblərinin gənc müəllim və tələbələrinin iştirakilə “Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda konfrans keçirmişdir. Konfransda məruzə ilə  paytaxtın 12 ali təhsil müəssisəsinin tələbə və müəllimləri çıxış etmişlər. Məruzələrdə həyat fəaliyyətinin təhlükəsizliyi anlayışına müxtəlif baxışlar öz əksini tapmışdır.

“Fövqəladə hallar baş vermiş ərazilərdən icmaların köçürülməsinin əsasları”(Memarlıq və İnşaat  Universiteti), “Təhlükəsizliyin fəlsəfi aspektləri”(Bakı Dövlət Universiteti), “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin müasir vəziyyəti və təmin edilməsi istiqamətləri”(Azərbaycan Dövlət İqtisad Universiteti), “Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında tələbələrin rolu”(Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası) və “Qlobal fövqəladə hallar zamanı dövlət və beynəlxalq təşkilatların rolu”(Odlar Yurdu Universiteti) mövzularında səsləndirilmiş məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Bəzi məruzələrdə isə həyat fəaliyyətinin təhlükəsizliyinə tamamilə gözlənilməz yanaşmalar nümayiş etdirilmişdir. Azərbaycan Rəssamlıq və Bakı Musiqi Akademiyalarının tələbələri tərəfindən “İnsanların fövqəladə hallara hazırlanmasında təsviri sənətin rolu” və “Fövqəladə hallarda əhalinin sağlam psixoloji durumunun təmin olunmasında musiqi əsərlərinin əhəmiyyəti” mövzularında hazırlanmış  məruzələr insanların fövqəladə hallara münasibətinə, bu hallara hazır olmalarına və onlar baş verərkən nümayiş etdirdikləri həmrəylik hisslərinə  həsr edilmiş və orijinallığı ilə yadda qalmışlar.

Uğurla keçirilmiş konfransa yekun vurulduqdan sonra məruzəçilər konfransın təşkilatçıları ilə xatirə şəkli çəkdirmişlər.

Konfransdan əvvəl tədbir iştirakçıları üçün 2010-cu ilin dekabr ayında keçirilmiş “Təhlükəsizliyin sənin öz əlindədir!” sosial reklam müsabiqəsinin “Sosial foto” nominasiyasında fərqlənmiş  işlərdən ibarət foto-ekspozisiya təşkil edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film göstərilmişdir.

Konfransa təqdim olunmuş məruzələrin tezislərinin yaxın müddətdə kitab şəklində çap ediləcəyi nəzərdə tutlur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu