Geri

Bələdiyyələrlə qarşılıqlı fəaliyyət

2005-ci ildə yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizin gündəlik həyatında önəmli rol oynayan bir dövlət qurumuna çevrilmişdir. Qarşısına respublika əhalisinin və ölkə ərazisində yerləşən obyektlərin təhlükəsizliyinin fövqəladə hallardan qorunması kimi məsul bir vəzifə qoyulmuş Nazirlik fəaliyyətini gündən-günə təkmilləşdirir. Bu zaman Nazirliyin strukturu inkişaf edir, yerlərdə onun yeni-yeni qurumları yaradılır. Nazirliyin yeni yaranmış qurumları arasında regional mərkəzlərin də böyük əhəmiyyəti var. 2007-ci ildə yaradılan Bakı Regional Mərkəzi Bakı şəhəri ərazisində öz səlahiyyətləri daxilində mülki müdafiə işinin təşkili, əhali və ərazinin fövqəladə hallardan qorunmasında iştirak edir. Bundan əlavə, əhatə etdiyi ərazidə istismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqini həyata keçirir, qəza təhlükəli binaların istismarının məhdudlaşdırılması barədə aidiyyəti qurumlara təkliflər verir və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir. Bu vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün Bakı Regional Mərkəzinin əməkdaşları daim yüksək hazırlıq vəziyyətində olmalıdırlar. Lakin, bu da hər şey demək deyil. Fövqəladə hallar zamanı insan və mülkiyyət itkilərini azaltmaq üçün əhali arasında maarifləndirmə tədbirləri aparılmalı və onlara fövqəladə hallar zamanı davranış  mədəniyyəti aşılanmalıdır. Hər kəs fövqəladə hal zamanı atmalı olduğu addımları bilməli və bu yolda daim maariflənməlidir.

Məhz  bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi öz gündəlik fəaliyyətində paytaxt əhalisinin fövqəladə hallarla əlaqədar hazırlanması, sakinlərin, fövqəladə hal baş verərsə, atmalı olduqları ilkin addımlar barədə məlumatlandırılması, bir sözlə vətəndaşların maarifləndirilməsi məsələlərinə böyük əhəmiyyət verir. 2011–ci il mart ayının 30-da Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində növbəti belə tədbir – “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

Dəyirmi masanın işində FHN Aparatı və qurumlarının nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin və rayon bələdiyyə sədrləri şuralarının sədrləri, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli    assosiasiyalarının rəhbərləri, Regional Mərkəzlərin nümayəndələri, FHN BRM rəisinin müavinləri, müvafiq idarə və şöbə rəisləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov tədbir iştirakçılarını salamlayaraq cari mərhələdə əhalinin fövqəladə hallardan müdafiə sahəsində hazırlanmasının əhəmiyyətindən və bu sahədə Mərkəzdə toplanmış təcrübədən danışmışdır. Çıxış Fövqəladə Hallar Nazirliyi barədə videoçarx ilə müşayiət olunmuşdur.

Daha sonra FHN əməkdaşları, bələdiyyə və bələdiyyə sədrləri şuralarının sədrləri, Milli Assosiasiya sədrləri – sakinlərin fövqəladə hadisələrdən müdafiə sahəsində hazırlanması istiqamətində görülən işlər və mövcud problemlər barədə öz çıxışlarını etdilər.

Çıxış edən Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri Milli Assosiyasiyasının koordinasiya şurasının sədri Əli Mehdiyev, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, Nəsimi bələdiyyəsinin sədri Natiq Abbasov və Sabunçu bələdiyyəsinin sədri Vilayət Əmirov öz qısa hesabatlarını nəzərə çatdırdıqdan sonra bu tədbirin əhəmiyyətindən danışdılar və bələdiyyələrin də cəlb olunduğu kursların, tədbir və toplantıların təşkil olunmasının önəmli olduğunu, bunun da əhalinin fövqəladə hallara hazırlıq prosesini sürətləndirəcəyini qeyd etdilər. Tədbirin təşkil olunduğu üçün Bakı Regional Mərkəzinin rəhbərliyinə öz təşəkkürlərini bildirərək gələcəkdə də keçiriləcək belə görüşlərdə daim iştirak etməyə hazır olduqlarını bildirdilər.

Daha sonra yuxarıda qeyd olunan çıxışlarda səslənmiş müddəaların interaktiv formatda Konseptual (SWOT) təhlili keçirilmişdir. Tədbir iştirakçılarının fəal iştirakı ilə keçən bu təhlil çərçivəsində fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması işinin güclü və zəif cəhətləri, istifadəsiz qalmış imkanlar və təhdidlər (təhlükələr) müzakirə olunmuşdur. Sonda vətəndaşların məlumatlandırılması istiqamətində aparılan işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr müəyyən edilmişdir.

İşgüzar və konstruktiv müzakirə şəraitində keçmiş dəyirmi masa zamanı əhalinin fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması prosesində görülməli olan işlərlə bağlı səslənən təkliflərin qeydiyyatı aparılmış və bu zaman birgə addım atmağın nə dərəcədə önəmli olduğu bildirilmişdir.

Tədbirin təşkilatçıları tərəfindən hazırlanmış və özündə əhalinin fövqəladə hallara hazırlığı sahəsindəki fəaliyyəti tənzimləyən normativ-hüquqi aktların olduğu disklər paylanmışdır.

Tədbirə yekun vuran Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov çıxışlara öz şərhlərini vermiş, dəyirmi masanın işini qiymətləndirmişdir. Polkovnik K. Bağırov tədbir iştirakçılarına Bakı Regional Mərkəzinin və onun əməkdaşlarının həmişə təcrübə mübadiləsinə hazır olduqlarını bildirmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 2-13 sentyabr 2019-cu il tarixlərində rayon ümumtəhsil orta məktələrinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirib. ...

Ardını oxu

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 sentyabr 2019-cu il tarixində Mingəçevir şəhər Mərkəzi kitabxanada “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu