Geri

Elmi-praktik seminar

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi öz gündəlik fəaliyyətində paytaxt əhalisinin fövqəladə hallarla əlaqədar hazırlanması, sakinlərin, fövqəladə hal baş verərsə, atmalı olduqları ilkin addımlar barədə məlumatlandırılması, bir sözlə vətəndaşların maarifləndirilməsi məsələlərinə böyük əhəmiyyət verir. 2011–ci il fevral ayının 11-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində növbəti belə tədbir – “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda elmi-praktik seminar keçirilmişdir.

Seminarın işində FHN Aparatının, nazirliyin qurumlarının, Regional Mərkəzlərin, Bakı şəhərinin bütün Rayon İcra Hakimiyyətlərinin səlahiyyətli nümayəndələri (eyni zamanda Mərkəz nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının üzvləri), Bakı şəhəri və RİH-lərin Mülki Müdafiə qərargahlarının rəisləri, eləcə də Bakı Regional Mərkəzinin rəhbər heyəti iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov tədbir iştirakçılarını salamlayaraq cari mərhələdə əhalinin fövqəladə hallardan müdafiə sahəsində hazırlanmasının əhəmiyyətindən və bu sahədə Mərkəzdə toplanmış təcrübədən danışmışdır.

Daha sonra Bakı şəhəri RİH-ləri MM qərargahları rəislərinin məlumatları dinlənilmişdir.

Bundan sonra çıxışlarda səslənmiş müddəaların interaktiv formatda Konseptual (SWOT) təhlili keçirilmişdir. Tədbir iştirakçılarının fəal iştirakı ilə keçən bu təhlil çərçivəsində fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması işinin güclü və zəif cəhətləri, istifadəsiz qalmış imkanlar və təhdidlər (təhlükələr) müzakirə olunmuşdur. Sonda vətəndaşların məlumatlandırılması istiqamətində aparılan işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr müəyyən edilmişdir.

Mərkəz nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının cari ilin yanvar ayının 11-də keçirilmiş iclasında səslənmiş xahiş nazərə alınaraq RİH nümayəndələrinə içərisinə bina və qurğularda təhlükəsizliklə bağlı hüquqi-normativ aktlar yazılmış disklər paylanmışdır.

Tədbir iştirakçılarına Mərkəzdə yaradılan analitik-informasiya bazası haqqında məlumat verilmiş, onlara bu işlər çərçivəsində Rayon və obyektlərin elektron pasportlarının Mərkəzdə hazırlanmış cədvəl formaları və onların elektron versiyası yazılmış disklər təqdim edilmişdir.

Tədbirə yekun vuran Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov çıxışlara öz şərhlərini vermiş, seminarın işini qiymətləndirmişdir. Polkovnik K. Bağırov Regional Mərkəzlərin nümayəndələrinə Bakı Regional Mərkəzinin, onun əməkdaşlarının həmişə təcrübə mübadiləsinə hazır olduqlarının bildirmişdir.

Digər məlumatlar

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 sentyabr 2019-cu il tarixində Tərtər rayonu Bəyimsarov kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Qarabağ Regoinal Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi iştirak etdiyi tədbirdə məqsəd, şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış......

Ardını oxu