Geri

Bakı Regional Mərkəzi əməkdaşlarının təbii və texnogen qəzalara hazırlığı

Fevral ayının 21-22-də Bakı Regional Mərkəzində komandir hazırlığı çərçivəsində “Texniki hazırlıq” fənni üzrə məşğələlərin davamı olaraq mövcud olan xilasetmə texnikası avadanlıqlarının təyinatı, quruluşu və iş prinsipləri mövzusunda Mərkəzin zabit, xüsusi rütbəli və dövlət qulluqçularının iştirakı ilə nəzəri-praktik məşğələ keçirilmişdir.

Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov tədbirin məqsədini və keçirilmə qaydalarını elan etdi. O bildirdi ki, müasir xilasetmə texnikasının tətbiqi xilasedicilərin imkanlarını və fəaliyyətlərinin səmərəliliyini dəfələrlə artırır. Komandir təlimlərinin keçirilməsi zamanı xilasedicilərin xilasetmə vərdişləri daha da püxtələşir, nəticədə neçə-neçə insan həyatının, dövlət və ya şəxsi əmlakın məhvinin qarşısı alınır.

Bundan sonra Mərkəzin şəxsi heyətinin sıra baxışı keçirildi. Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin rəisi kapitan Qədim Hacıyev Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik K.Bağırova şəxsi heyətin Mərkəzin sərəncamında olan yeni alınmış texnikanın nümayişinə və təqdimatına hazır olduğunu bildirdi.

Bundan sonra şəxsi heyət 3(üç) tədris qrupuna bölündü.

1-ci tədris qrupunun rəhbəri 1-ci xilasetmə qrupunun rəisi - kapitan Qədim Hacıyevlə  xilasedicilər İlqar Vəliyev, Turab Ələkbərov və xüsusi rütbəli vəzifə hesabına sıravi Hüseyn Əliyev komandir hazırlığı zamanı şəxsi heyətə Mercedes BENZ Sprinter xüsusi təyinatlı avtomobilin və onun komplektinə daxil olan “TS-800” markalı STİHL motolaqondası, nazik dəmir, alüminium, plastik, şüşə vəs kəsmək üçün istifadə olunan “MS-460” markalı STİHL motomişarı, elektrik enerjisi ilə işləyən alət və avadanlıqları enerji ilə təmin edən “YDQ-5500 E-E” tipli generatoru(Yanmar), insanları xilas edərkən müxtəlif dağ və tikinti konstruksiya elementlərini dağıtmaq üçün istifadə olunan HM-1202 markalı Makita perforatoru, “Nike” tipli nasos stansiyası, nərdivan və dayaqlar, fövqəladə hallar zamanı uçqunların altında, qəzalar zamanı nəqliyyat vasitələrində qalan zərərçəkənlərin həm genişləndirici, həm də kəsici funksiyaları ilə xilasedilməsində istifadə olunan  “Lukas” aqreqatı, xilasetmə əməliyyatları zamanı müxtəlif metal konstruksiyaları kəsmək üçün istifadə olunan “Lukas” qayçısı, Holmatro qaldırıcı yastıqları, yanğınsöndürmə balonu, balta və bellərin texniki təyinatı ilə heyəti məlumatlandırdılar. Bundan sonra texnikanın praktik nümayişi keçirildi. Yuxarıda qeyd olunan bütün texnika və avadanlıqlar Almaniya istehsalıdır.

2-ci tədris qrupunun rəhbəri 1-ci xilasetmə qrupunun baş xilasedicisi - gizir Yaşar Quliyevlə çavuş Nicat Bağırov, kiçik çavuş Aqşin Baxşəliyev, sıravi Sərxan Tağıyev Fransa istehsalı olan “Sirocco” markalı işıqlandırma balonu və Almaniya istehsalı olan üçayaqlı xilasetmə avadanlığı, uçqunlar zamanı dağıntılar altında qalanların yerini bədən temperaturu sayəsində müəyyən edən Avstraliya istehsalı olan “Olimpus” markalı infraqırmızı teleskopik kamera sistemi və idarəetmə bloki ilə monitor kimi iki hissədən ibarət olan teleskopik qurğunun texniki təyinatlarını açıqladılar və texnikanın praktik nümayişini həyata keçirdi.

3-cü tədris qrupunun rəhbəri 3-cü xilasetmə qrupunun rəisi – gizir Vurğun Kərimovla bərabər kiçik çavuş Ceyhun Quliyev, sıravilər Orxan Hüseynov, Kamran Qasımov və Elnur Məmmədli vakuumlu şina, Almaniya istehsalı olan “DeWalt” markalı akkumulyatorlu laqonda, “Bosch” markalı elektrolaqonda, sel və daşqınlar zamanı ərazinin, yaşayış yerləri və digər tikililərin zirzəmilərinin sulardan təmizlənməsində istifadə olunan “Qstrong” markalı 75 mm-lik pompa, xərək, binalarda və tikililərdə təhlükədə qalanların oradan təhlükəsiz şəkildə xilas edilməsi üçün istifadə olunan alpinist avadanlıqları, kəsici alətlər, İtaliya istehsalı olan “VT-1” markalı 10 kw gücündə işıqlandırma generatoru, Kanada istehsalı olan “BT-50” markalı motomişarın texniki təyinatı barədə məruzə məşğələ iştirakçıları tərəfindən dinlənildi və texnikanın iş prinsipi nümayiş olundu.

Məşğələnin sonunda şifahi olaraq texnika ilə davranış və istifadə qaydaları ilə onların texniki təyinatı üzrə test-yoxlama keçirildi. Şəxsi heyətin məşğələ  zamanı onlara çatdırılan məlumatları necə mənimsədikləri bu yoxlama ilə müəyyən olundu. Alınan nəticələr məşğələnin bir daha necə uğurla keçməsinin göstəricisi idi. Sonda Bakı Regional Mərkəzinin Təlim və əməliyyat planlaşdırma şöbəsinin rəisi polkovnik-leytenant Y.Yolçuyev çıxış edərək qeyd etdi ki, belə məşğələlərin xilasetmə əməliyyatları zamanı texnikadan daha səmərəli istifadə etməyə böyük faydası olacaq və bu da öz növbəsində baş verə biləcək fövqəladə halların qarşısını alma və ya baş vermiş fövqəladə halların nəticələrini aradan qaldırma zamanı xilasedicilərin işini daha da asanlaşdıracaq.

Digər məlumatlar

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 sentyabr 2019-cu il tarixində Tərtər rayonu Bəyimsarov kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Qarabağ Regoinal Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi iştirak etdiyi tədbirdə məqsəd, şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış......

Ardını oxu