Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Elitar Gimnaziyada yanğına qarşı təbliğat tədbiri keçirmişdir

Əhalini yanğın təhlükəsizliyi qaydaları ilə maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq, həmçinin, gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatları zənginləşdirmək məqsədilə nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğına qarşı təbliğat xarakterli tədbirlərə xüsusi əhəmiyyət verərək respublikanın təhsil müəssisələrində, o cümlədən orta və ali məktəblərində, kolleclərdə, liseylərdə yanğına qarşı təbliğat tədbirlərini davam etdirir.

Yanğına qarşı təbliğat xarakterli növbəti tədbir Bakı şəhərindəki İlyas Əfəndiyev adına Elitar Gimnaziyada keçirilmişdir. Gimnaziyada keçirilən tədbirdə DYNX-in əməkdaşları “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!” adlı slaydı dinləyicilərə təqdim edərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat vermişlər. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet, kitabça və plakatları Gimnaziyaya təqdim edilmişdir. Sonda “Dövlət Yanğın Nəzarəti Xidməti xəbərdarlıq edir: Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!” adlı səyyar sərgiyə baxış keçirilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 19-21 avqust 2019-cu il tarixlərində “Hərbiləşdirilməmiş Mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 21 avqust 2019-cu il tarixində Sabirabad rayon Yol İstismar idarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 avqust  2019-cu il tarixində Ağstafa rayonunda yerləşən “Akkord Tekstil” MMC-də, Qarabağ regional......

Ardını oxu