Geri

DYNX yanğına qarşı təbliğat xarakterli tədbirləri təhsil müəssisələrində davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat xarakterli növbəti tədbirləri Bakının Xəzər rayonunda olmuşdur. Bu tədbirlərdə Buzovna qəsəbəsindəki 8 saylı internatın, Mərdəkan qəsəbəsindəki 183 saylı orta məktəbin və həmin məktəbdə fəaliyyət göstərən Şuşa şəhər 5 saylı orta məktəbin şagirdləri yanğın təhlükəsizliyi qaydaları ilə maarifləndirilmişdir. Tədbirlərdə «Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!» adlı slayd məktəblilərə təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında onlara məlumatlar verilmiş, həmçinin, şagirdlər yanğın zamanı zəruri hərəkətlərlə bağlı məlumatlarla tanış olmuşlar. Tədbirlərdə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet, kitabça və plakatlar təhsil müəssisələrinə təqdim edilmiş, «Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!» mövzusunda fotostend yanğın təhlükəsizliyi guşəsində istifadə olunması üçün Buzovna qəsəbəsindəki 8 saylı internat məktəbinə hədiyyə olunmuşdur.

Tədbirlərdə həmçinin, “Dövlət Yanğın Nəzarəti Xidməti xəbərdarlıq edir: Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!” adlı səyyar sərgi nümayiş etdirilmiş, şagirdləri maraqlandıran suallara nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu