Geri

İdmanın “Sərbəst güləş” növü üzrə yarışda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandası fərqlənmişdir

17 noyabr 2011-ci il tarixində FHN-in qurumları arasında idmanın “Sərbəst güləş” növü üzrə birincilik keçirilmişdir. 26 komandanın iştirak etdiyi yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ümumi hesabda birinci yeri tutmuşdur. Belə ki, 55 kq çəki dərəcəsində Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürəni daxili xidmət sıravisi Nəbiyev Tural Elman oğlu 1-ci yer, 60 kq çəki dərəcəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “VİXR-3” yanğınsöndürən gəmisinin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İskəndərov Orxan Mehdi oğlu 1-ci yer, 96 kq çəki dərəcəsində NM YMD 19 YMH YNRK daxili xidmət baş leytenantı İskəndərov Ruhi Nizami oğlu 1-ci yer, 74 kq çəki dərəcəsində Siyəzən Rayon DYMH yanğınsöndürəni daxili xidmət çavuşu Musayev Radif Arif oğlu 2-ci yeri tutmuşdur.

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu