Geri

Şahinlər mübarizədə

May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87 - ci ildönümü  günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Şahin" hərbi idman oyunlarının Respublika final yarışlarına yekun vurulmuşdur. Yarışın keçirilməsində məqsəd orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onları ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində xidmətə hazırlamaqdan ibarətdir.

Final mərhələsinə başlamazdan öncə yarış iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi, məzarı önünə gül dəstələri qoydu, onun ölməz ruhu qarşısında baş əydilər. Sonra Şəhidlər xiyabanında uyuyan soydaşlarımızın məzarları da ziyarət edildi.

Yarışda Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəlilabad, Göyçay, Xətai(Bakı şəhəri), Qax, Qubadlı, Mingəçevir, Naxçıvan, Neftçala, Nəsimi(Bakı şəhəri), Saatlı, Sumqayıt, Suraxanı(Bakı şəhəri), Şəki, Ucar rayonlarının komandaları iştirak edirdi.

Burada yarış iştirakçıları ilk olaraq C. Naxçıvanskinin büstü önünə gül dəstələri qoydular.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Mərasimdə yarışların komandanı, C. Naxçıvanski adına hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Elmar Qasımov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, FHN Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Kamil Bağırov və Respublika Veteranları Şurasının məsul katibi Ə. İsmayılov çıxış edərək gənc şahinləri finala çıxmaları münasibəti ilə səmimi qəlbdən təbrik etdi, vətənpərvərlik hisslərinin güclənməsində belə yarışların əhəmiyyətindən danışdılar. Ümummilli lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın yaranması və inkişafındakı misilsiz rolundan danışan natiqlər ölkəmizin bütün sahələrdə, eləcə də hərbi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahələrində əldə etdiyi uğurlardan bəhs etdilər, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın daha yüksək zirvələri fəth etdiyini söylədilər.

Üzünü finalçılara tutan Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov yarışın mahiyyətindən danışdı. O, keçən illə müqayisədə bu il yarış iştirakçılarının zahiri görünüşünün, geyimlərinin və sıra hazırlığının daha yüksək səviyyədə olmasını qeyd etdi. Kamil Bağırov 9 may qələbə gününə də toxunaraq dedi: “Siz gənclər öz ulu babalarınızla fəxr etməlisiniz ki, onlar Azərbaycan xalqının və Azərbaycanın adını yüksəklərə qaldırıblar. Onlar arasında qəhramanlar, şərəf ordeni daşıyan insanlar var. Azərbaycan gənci dünya səviyyəsində bütün ölkələrə xas olan şərəfə, ləyaqətə mənsub bir gəncdir və bu gəncin gələcəkdə Azərbaycanın mənafeyini müdafiə etməsi heç də şübhə altına alına bilməz. Siz bugün atdığınız addımlarla və göstərdiyinin cəsur hərəkətlərlə bunu bir daha sübut edəcəksiniz”. Çıxışın sonunda polkovnik Kamil Bağırov Ulu Öndərin anadan olduğu bu əlamətdar gündə “Şahin”-lərə uğurlar və müvəffəqiyyətlər diləyərək güclülərin qalib gəlməsini arzuladı.

Respublika finalına kursant qutusunun təntənəli marş və mahnı sədaları altında nümunəvi keçidi ilə start verildi. Daha sonra komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər və onlar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər. Müxtəlif mərhələlərdən ibarət olan yarışda finalçılar fiziki hazırlıq, atəş hazırlığı, ilkin tibbi yardım, fövqəladə hallar və mülki müdafiə hazırlığı, maneələrin dəf edilməsi normativlərinin yerinə yetirilməsində öz cəldliklərini, iradə, dözüm və qələbəyə doğru əzmkarlıqlarını nümayiş etdirdilər. Maraqlı mərhələlərdən biri də Fövqəladə hallar və mülki müdafiə sahəsində normativlərin yerinə yetirilməsi idi. Burada komandalar nüvə partlayışları zamanı hərəkətlər, zəhərli zonanın dəf edilməsi, yaralının zəhərli zonadan çıxarılması kimi sınaqlardan keçdilər.

"Şahin" hərbi-idman və turizm yarışlarının respublika finalında Xətai rayonu 1-ci, Nəsimi rayonu 2-ci, Suraxanı rayonu 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda qiymətli hədiyyələr, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Ağstafa rayonunun komandasına xüsusi mükafat təqdim olundu.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu