Geri

Maarifləndirmə tədbirləri

Noyabr ayının 22-də əhalinin, xüsusilə də məktəblilərin fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə Bakının  Nəsimi rayonundakı 23 saylı  orta məktəbində  Fövqəladə Hallar Nazirliyinin Baki Regional Mərkəzi tərəfindən FHN-nin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş nəzəri və praktik tədbirlər həyata keçirildi. Tədbirdə interaktiv mühazirələrlə yanaşı müasir yanğınsöndürmə texnikasının, fərdi müdafiə vasitələrinin nümayişi, təcili yardım göstərilməsi və ekstremal vəziyyətlərdə xilasetmə kimi əyani təbliğat vasitələrindən istifadə edildi.

Tədbiri giriş sözü ilə  Bakı Regional Mərkəzinin rəisinin birinci müavini Kamil Bağırov açdı. O,  Fövqəladə Hallar Nazirliyinin qısa müddətdə gördüyü işlər, tədbirin məqsədi və məramı barədə qısa məlumat verdi.

Məktəblilərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət  istiqamətləri, struktur qurumları və Kür çayının daşmasından yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xilasetmə işləri barədə videoçarx nümayiş etdirildi.

FHN Bakı Regional Mərkəzinin əməkdaşları fövqəladə halların təsnifatı, təbii, texnogen, terror xarakterli fövqəladə hallar zamanı nə etmək lazım olduğu barədə məktəblilərə ətraflı məlumat verdilər.

Sonra tədris müəssisəsinin  həyətində  fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları,  onların təyinatı və iş prinsipləri  ilə tanışlıq, fövqəladə hallar zamanı ilkin təxirəsalınmaz tibbi yardım, yanğınsöndürmənin əsas üsul və vasitələri, "Mercedes-Bens Sprinter" xüsusi təyinatlı xilasetmə avtomobilindən istifadə etmə qaydaları, ağır avtomobil qəzası zamanı zərərçəkmiş vətəndaşın xilasetmə əməliyyatının modelləşdirilməsi, hündür mərtəbəli binalardan zərərçəkmiş vətəndaşın xilasedici tərəfindən, xilasedici yastıq vasitəsi ilə təxliyə edilməsi nümayiş etdirildi.

Digər məlumatlar

Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

28 fevral 2020-ci il tarixində Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Asan Xidmət kompleksində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağstafa ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində mərkəzləri 1 mart...

Ardını oxu