Geri

Muğan Regional Mərkəzi Hacıqabul rayonu Kür Su Təchizati İdarəsində mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 14 iyun 2018-ci il tarixində Hacıqabul  rayonunda yerləşən Kür Su Təchizati İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkil” mövzusunda rəhbər heyəti üçün мəşq keçirmişdir.

Məşqə müəssisənin rəhbərliyi və əməkdaşları cəlb olunmuşdur.

Мəşqin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, müəssisənin əməkdaşlarına fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olmuşdur.

Sonda keçirilən məşq müzakirə edilmiş, tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə qərargah məşqi keçirmişdir

17-18 yanvar 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliynin Mülki müdafiə  qoşunlarında “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə axtarış-xilasetmə tədbirlərində iştirakı” mövzusunda qərargah məşqi keçirilmişdir....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 23 yanvar 2019-cu il tarixində Nəsimi rayonundakı 54 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 yanvar 2019-cu il tarixində Qusar rayonu Qaratoba tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu