Geri

Sularda xilasetmə çoxnövçülüyü üzrə çempionata yekun vurulmuşdur

13 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xidmətin struktur bölmələri arasında 15 iyun Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Sularda xilasetmə çoxnövçülüyü” üzrə çempionat başa çatmışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Neft Emalı Müəssisələrinin Mühafizəsi üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında keçirilən və üç gün davam edən yarışda ümumilikdə 10 komanda iştirak etmişdir. 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bakı Dalğıc Axtarış Qrupunun komandası 1-ci yerə, Zağulba Dalğıc Axtarış Qrupunun komandası 2-ci yerə, Corat Sularda Xilasetmə Məntəqəsinin komandası isə 3-cü yerə çıxmışdır.

Tədbirdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak etmişdir.

Mükafatlandırma mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirakçıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulamışdır. O, 15 iyun - Milli Qurtuluş Gününün  tarixi əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, hər bir xalqın milli yaddaşında unudulmaz tarixi anlar olur. Məhz bu gün Azərbaycan tarixində xalqın gələcək taleyi və müstəqilliyin qorunub saxlanması baxımından xüsusilə əhəmiyyətlidir.

Sonda qaliblərə FHN işçilərinin Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu