Geri

FHN-in Baş Əməliyyat İdarəsi ilə Şimal-qərb Regional Mərkəzi birgə seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Şimal-qərb Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə 12 iyun 2018-ci il tarixində Ağsu rayon İcra Hakimiyyətində  “Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə halların idarə olunması sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın qurulması” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Müşavirədə FHN-in Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dag–Mədən Nəzarəti Agentliyinin Şimal-qərb Regional Müfəttişliyi, Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin şimal-qərb Regional Tikinti Müfəttişliyi, Ağsu rayon İcra Hakimiyyəti, Polis  və Təhsil şöbəsi, Mərkəzi Xəstəxana, Elektrik Paylayıcı Şəbəkə, Qaz İstismar Sahəsi, Telekomunikasya Qovşağı, Suvarma Sistemləri İdarəsi, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişdir.

Tədbirdə Ağsu rayonu üzrə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların  qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb olunması, baş vermiş və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması, qarşıda duran vəzifələr və problemlərin həlli mövzusunda müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu