Geri

FHN-in Muğan Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Sabirabad rayon İcra Hakimiyyətində “2018-ci ilin yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon Fövqəladə hallar komissiyasının sədri və Komissiyanın üzvləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, Təhsil şöbəsinin rəhbər işçiləri, Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və rayon hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak etmişdir.

Müşavirədə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov müzakirə ediləcək məsələlərin aktuallığını vurğulamış və keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.

Çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyi tərəfindən respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

Tədbirdə, həmçinin Sabirabad rayonu ərazisində mövcud olan su hövzələri ətrafında aparılan monitorinqlərin nəticələrindən, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətindən söhbət açılmış, maarifçilik işlərinin vacibliyi vurğulanmışdır.

Sonda tədbir iştirakçılarına təbliğat materialları paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər 34 №-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirmişdir

13 dekabr 2018-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirmişdir....

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 13 dekabr 2018-ci il tarixində Gəncə şəhəri 1 nömrəli Peşə Liseyinin kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu