Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 aprel 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Astara rayonu Kakalos kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, mövzularla bağlı hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aprel ayıının 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Saatlı rayonu, 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xızı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu