Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 17 aprel 2018-ci il tarixində Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərini daha da təkmilləşdirmək olmuşdur.

Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Toplantıda fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, “Sel və daşqınlar”, “Dəm qazı”, “Məişətdə civə dağılmaları”“Hidrodinamik qəzalar”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında məruzələr edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu