Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ticarət və əyləncə mərkəzlərinin yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayır

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti son zamanlar xarici ölkələrdəki ticarət və əyləncə mərkəzlərində baş vermiş yanğın hadisələri barədə geniş təhlillər aparır və bununla bağlı qabaqlayıcı tədbirlər həyata keçirir.

Belə ki, aprel ayıın 13-də FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyevin dəvəti ilə Xidmətdə “Sədərək”, “Binə” “Laçın”, “Xalqlar Dostluğu”, “8 km. Bazarı” ASC-nin, “Bakıxanov”,  “Meyvəli”, “Riyad” ticarət mərkəzlərinin və “Moskva” univermağının rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə, xarici ölkələrdəki dəhşətli yanğın hadisələrinin respublikamızda təkrar olunmaması, ümumilikdə isə insanların kütləvi şəkildə toplaşdıqları məkanların yanğın təhlükəsizliyinin təmin edilməsi müzakirə edilmişdir. Xidmət rəisi ticarət və əyləncə mərkəzlərində yanğına qarşı tələblərə toxunaraq, yanğından müdafiə sistemlərinin işlək vəziyyədə olmasının vacibliyini diqqətə çatdırmışdır. Yanğından müdafiə sistemlərinə mütəmadi olaraq texniki qulluğun göstərilməsinin və daima nəzarətdə saxlanılmasının vacibliyini deyən Xidmət rəisi ehtiyat çıxış qapılarının bağlanmasının yolverilməz olduğunu xüsusilə bəyan edilmişdir. Eyni zamanda, obyektlərdə mövcud olan yanğın su təchizatı, ilkin odsöndürmə vasitələri, kinozallara və əyləncə sahələrinə daha mütəşəkkil qaydada nəzarətin aparılması, tüstü bacalarının təmizlənməsi (kafe, restoran və s.), elektrik təchizatı, işçilərin təlimatlandırılması, təlimlərin keçirilməsi və digər məsələlərə də toxunulmuşdur.

Görüşdə, gələcəkdə qarşılıqlı fəaliyyətin aparılmasının, yaranmış sualların peşəkarlar tərəfindən cavablandırılmasının, işçilərlə maarifləndirmə tədbirlərinin birgə həyata keçirilməsinin əhəmiyyəti də vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2018-ci il tarixində Gəncə şəhəri 1 saylı poliklinikasInda “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Naftalan şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 16 avqust 2018-ci il tarixində 11nömrəli Uşaq Vərəm  Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu