Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 13 fevral 2018-ci il tarixində Oğuz rayonu Böyük Söyüdlü kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda dinləyicilərə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112 qaynar xətti”  haqqında geniş məlumatlar verilmişdir. Mövzular videoçarx və fotoslayd vasitəsilə müşayiət olunmuşdur. Mərkəz əməkdaşları tərəfindən şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitablar paylanılmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu